• cümə axşamı, 28 mart, 18:53
  • Baku Bakı 13°C

Prezidentin köməkçisi: “Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”

30.06.20 18:36 550
Prezidentin köməkçisi: “Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”
"Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, digər ölkələrdə yoluxmanın qarşısının alınması üçün qaydalar var: "Ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur: "İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur”.
banner

Oxşar Xəbərlər