• cümə, 26 Aprel, 03:15
  • Baku Bakı 16°C

Prezidentə yazırlar: “Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz”

24.04.20 12:39 516
Prezidentə yazırlar: “Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Hər bir azərbaycanlının Prezidenti
4 qat dünya, 4 qat Avropa çempionu Zaur Cəfərov: "Möhtərəm cənab Prezident. Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdir. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun”.
Azərbaycan adını ucaltmaq
Kəlbəcər rayonundan məcburi köçkün Emil Xanlarov: "Hörmətli cənab Prezident. Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli məcburi köçkünlər olaraq Sizin diqqət və qayğınız sayəsində bizlərə verilən təmirli və müasir avadanlıqla təchiz olunmuş mənzillərdə yaşayırıq. Sizə ailəmiz adından təşəkkür etməyi və minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm. Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası bizdən də yan keçməyib. Bu çətin dönəmə baxmayaraq, Sizin müdrik, operativ və düşünülmüş qərarlarınız həmişə olduğu kimi, yenə də neçə-neçə ailənin rahat və təhlükəsiz şəraitdə öz evində qalmasına, onların sosial təminatlarının ödənilməsinə şərait yaradıb. Sizin liderliyiniz məhz xalqa illər boyu yorulmadan göstərdiyiniz xidmətləriniz sayəsində formalaşıb. Sizin siyasətinizin prioritetini bir tərəfdən vətəndaş amili, digər tərəfdən ölkə hüdudlarından kənarda Azərbaycan adını ucaltmaq təşkil edir. Bu missiyanı isə Ulu Öndərimizdən sonra yalnız Sizin kimi rəhbər icra edə bilərdi. Bu baxımdan Siz Ümummilli Liderimizin dəst-xəttini çox layiqli şəkildə davam etdirirsiniz. İnşallah, biz - kəlbəcərlilər, Mingəçevirin mədəniyyət işçiləri, şəhərdəki Heydər Əliyev Mərkəzinin əməkdaşları ömrümüzün sonuna kimi yanınızda olmağı özümüzə şərəf və borc bilirik. Allah Sizi qorusun”.
Qəhrəmanlıq göstərən insanlar
Bakı şəhəri, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Fidan Bəylərova: "Möhtərəm cənab Prezident. Mən, Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdiyəm. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: "Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: "Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu. Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib, arzularımızı reallaşdıra biləcəyik. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır”.
"Həyat məhz insanların varlığı ilə gözəldir"
Zaqatala rayon sakini, jurnalist, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyeva: "Çox hörmətli cənab Prezident. Bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Biz jurnalistlər daim Sizin siyasətinizi dəstəkləmişik. Bu gün sübut olundu ki, bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır. Sizin də siyasətinizin əsasında məhz bu humanist ideallar dayanır. Siz təhlükəni hiss etdiyiniz ilk gündən pandemiyaya qarşı hər bir tədbiri addım-addım həyata keçirdiniz. Bu tədbirlər həyati əhəmiyyət daşıdı. Çünki Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada virus təhlükəsi hər an qarşısıalınmaz bir hala çevrilə bilərdi. Bu gün hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmalı, Prezidentinin arxasında olmalıdır. Çünki, bu birlik imkan verəcək ki, biz pandemiyaya qalib gələk. Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə o gün gələcək. Yenidən həyat öz axarına düşəcək, yenidən uşaqlarımız məktəbə, bizlər də öz işimizə-gücümüzə gedə biləcəyik. Hər kəsə səbr diləməklə yanaşı, Sizə cansağlığı arzu edirəm. Qoy həyatımız əvvəlki axarına qayıtsın. İnsanlıq yaşasın. Həyat məhz insanların varlığı ilə gözəldir”.
"Ürəyi xalqla döyünən Prezidentimiz var"
Naxçıvan şəhər sakini Kərim Kərimov: "Möhtərəm cənab Prezident. Mən bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir. Bütün dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı bir daha sübut edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək, gördüyünüz işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklər tezliklə arxada qalacaqdır. Allah Sizi və ailənizi qorusun”.
"Biz birlikdə güclüyük!"
Əməkdar müəllim Çingiz Salmanov: "Möhtərəm cənab Prezident. Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Sərhəd tanımayan koronavirus infeksiyası Yer kürəsinin sakinlərini, eyni zamanda ölkəmizin vətandaşlarının sağlamlığını təhdid altına almışdır. Qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər Sizin nəzarətiniz altında davam etdirilir. Yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyaclarının ödənilməsində heç bir problem olmaması, işsizlərə 190 manat yardım edilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi bir daha ölkə rəhbəri kimi daim xalqın yanında olmağımızın bariz nümunəsidir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız xalqımızın milli birliyinə stimul oldu və pandemiyaya qarşı mübarizədə hər birimizi həmrəyliyə səslədi. Cənab Prezident, Sizə dərin hörmətimi və təşəkkürümü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayıram”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər