• cümə axşamı, 25 aprel, 09:06
  • Baku Bakı 14°C

Prezidentə yazırlar: “Azərbaycan xalqı Sizinlədir”

23.04.20 12:06 467
Prezidentə yazırlar: “Azərbaycan xalqı Sizinlədir”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Dualarımız daim Sizinlədir
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinin sakini Orxan Qasımov: "Hörmətli cənab Prezident. Koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram”.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Bakı şəhəri, Yasamal rayon sakini Qəhrəman Məmmədov: "Zati-aliləri möhtərəm cənab Prezident. Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərə çarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və millətimizin rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq Lidersiniz. Allah ümummilli liderimiz dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – "Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin”.
Vətəndaşın qayğısına qalmaq
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakini Çinarə İsmayılova: "Əziz Prezidentimiz. Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. "Taclı virus” adlandırılan COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır. Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun”.
Müstəqil Azərbaycanımız naminə
Bakı şəhər sakini, "Bakı Telefon Rabitəsi” MMC-nin mühəndisi İmadəddin Hüseynov: "Möhtərəm cənab Prezident. Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önlədi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Dünyanın inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”.
Qətiyyətli və humanist addımlar
Bərdə rayon sakini Vüqar Şadlinski: "Hörmətli cənab Prezidentimiz. Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. "Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi. Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun”.
Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi
Bakı şəhəri Səbail rayon sakini Xəlil Nurəliyev: "Çox hörmətli və əziz Prezidentimiz. Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir. Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.
Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq
Samux rayon sakinləri Kəmalə Xəlilova, Bəsti Orucova və İradə Həsənovanın birgə məktubundan:"Hörmətli cənab Prezidentimiz. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri bəla olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz. Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun. Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun”.
Xalqımız bu rahatlığa görə Sizə minnətdardır
Sabirabad rayonu, Qalağayın kənd sakini Səlminaz Novruzova: "Hörmətli cənab Prezidentimiz. Mən Qalaqayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevinin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik. Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər