• cümə axşamı, 28 mart, 13:33
  • Baku Bakı 16°C

Prezident xarici mətbuata müsahibələrindən danışıb: “Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki?”

26.10.20 13:56 436
Prezident xarici mətbuata müsahibələrindən danışıb: “Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki?”
"Verin də sualı Ermənistana, Ermənistana bu silahları verənlərə də sual verin. Nə üçün vermirsən? Bu silahların pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bunu bilirmi 1 ay ərzində nə qədər bunların malı batıb? Nə qədər onların silahlarını biz məhv etmişik. Bir dənə də jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi: "Xarici mətbuat... İndi Azərbaycan xalqı görür ki, mən bütün bu suallara cavab verirəm. Necə lazımdır, onların səviyyəsinə də düşmürəm heç vaxt. Necə lazımdır, cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm, get güzgüyə bax. Sən burda gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? İndi jurnalistlərə mənim hörmətim böyükdür. Ona görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik”.

banner

Oxşar Xəbərlər