• çərşənbə axşamı, 23 aprel, 14:07
  • Baku Bakı 24°C

Prezident ümumxalq amalını gerçəkliyə çevirdi

22.03.21 13:15 1446
Prezident ümumxalq amalını gerçəkliyə çevirdi
Şuşa şəhəri ilə bağlı proseslər ən müasur tariximizin əlamətdar səhifəsidir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Şuşanın azad edilməsi erməni təcavüzünə qarşı ədalətli və çətin müharibəmizin taleyini həll etdi: "Şuşanın azadlığı erməni dövlətinin sütununu və sabaha inamını əbədi qırdı. Şuşanın azad edilməsi Prezident İlham Əliyevin çox haqlı və əsaslı dediyi kimi, Qarabağ münaqişəsinin yarımçıq deyil, tam həllini şərtləndirdi.Şuşanın azadlığı xalqımızın milli mənəvi dirçəlişinin simvoluna çevrildi. Nəhayət 29 ildən sonra Azərbaycan xalqı ilk dəfə olaraq Novruz tonqalını tarixi Şuşa şəhərində yandırmaqla gələcək nəsillərə də ruh verən bir nailiyyətə imza atdı.Şuşanı mulli ruh və milli durçəliş simvolu kimi xalqımıza qaytarmaq prezident İlham Əliyevin böyük tarixi xidmətidir.
Cıdır düzündə alovlandırılan bayram tonqalı Prezidentin ümumxalq amalını gerçəkliyə çevirdiyi andır. 29 il idi ki, xalqımız bu böyük Novruz mərasimlərini Şuşada, Qarabağda həyata keçirəcıyini səbrsizliklə gözləyurdi".
Baş redaktor qeyd edib ki, hamı bir-birini " növbəti Novruzu Şuşada qeyd edək "kimi bir çoxlarına fantastik görsənən bir arzu ilə təbrik edirdi: "İlham Əliyevin Cıdır düzündə yandırdığı Novruz tonqalı Azərbaycan xalqını və böyük diasporumuzu fantastik bir arzuya qovuşduran misilsiz simvoldur.
İlham Əliyev sübut etdi ki, Şuşa erməni şəhərinə çevrilə, cinayətkar erməni mentalının daşıyıcısı ola bilməz. Prezident göstərdi ki, Şuşa öz milli kimliyini tarixən heç bir istilaçıya güzəştə getmədiyi kimi erməni təcavüzünə də təslim ola bilməzdi.Prezidentin dünyaya mənalı mesajlarından biri budur ki, Şuşa heç vaxt erməniləşə və erməni şəhəri ola bilməz və o yalnız Azərbaycan şəhəri kimi gözəlliyini qoruya və mövcud ola bilər.
Cıdır düzündə Prezidentin qaladığı tonqal Şuşanın bir daha heç vaxt lidersizliyin, xəyanətin , təcrübəsizliyin qurbanı olmayacağını nümayiş etdirir.
Prezident Şuşadakı Novruz mərasimləri ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda çoxillik mübarizəyə nə qədər sadiq olduğunu bir daha göstərdi.Şuşa ilə bağlı yeni reallıqlar Prezidentin Vətən müharibəsi strategiyasında Şuşaya böyük önəm verdiyinin ifadəsidir.Şuşada Novruz mərasimləri göstərir ki, prezident İlham Əliyev Qarabağ və Azərbaycanın bütövlüyü uğrunda başlatdığı sistemli mübarizəni torpaqlarımızın tam bərpasına qədər davam etdirmək əzmindədir".
A. Quliyev qeyd edib ki, Prezidentin Şuşada bayram tədbirlərinin düşmənə və xalqımıza mühüm mesajlarından biri də idur ki, Azərbaycan ərazi bütövlüyümüzün və süverenliyimizin pozulması anlamını verən heç bir status müzakirələrinə getməyəcək.
banner

Oxşar Xəbərlər