• cümə, 19 Aprel, 06:16
  • Baku Bakı 13°C

Prezident Tramp NATO-nun sammitinə qatılacaq

22.03.17 09:55 835
Prezident Tramp NATO-nun sammitinə qatılacaq

ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.

TASS agentliyinin xəbəringörə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.

Bundan əvvəl aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

banner

Oxşar Xəbərlər