AZE | RUS | ENG |

Prezident Şamaxıda yol tikintisinə 3 milyon manat ayırıb

Prezident Şamaxıda yol tikintisinə 3 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.  
 
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000