• cümə axşamı, 18 aprel, 22:48
  • Baku Bakı 21°C

Prezident şahmatçıları qəbul edib

20.11.13 14:59 1157
Prezident şahmatçıları qəbul edib
Noyabrın 20-də prezident İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. Lent. az-ın məlumatına görə, inamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb. Dövlət başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib.
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib.
Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söyləyib və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər