• çərşənbə, 24 Aprel, 03:17
  • Baku Bakı 14°C

Prezident: “Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir”

28.03.17 15:50 664
Prezident: “Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir”
"Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.
APA-nın məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidentiİlham Əliyevdeyib.
Dövlət başçısı qeyd edib ki,pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir: "Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.
banner

Oxşar Xəbərlər