• cümə, 29 Mart, 18:51
  • Baku Bakı 14°C

Prezident nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib

08.11.17 00:12 849
Prezident nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib
Prezidentİlham Əliyev"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.
APA-nın məlumatına görə, dəyişikliklə məhkəmə proseslərində nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.
Dəyişikliklərəəsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən "fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər". Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Dəyişikliklər 2018-ci il, yanvarın 1-dən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər