• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Prezident: “Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq”

08.11.17 15:00 871
Prezident: “Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq”
"Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham ƏliyevAzərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.
O qeyd edib ki, ölkəninvalyuta ehtiyatları bu ilin 9 ayında4,5 milyard dollar artıb. "Davos İqtisadi Forumutərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Neft Fondunda şəffaf saxlanılır, vacib iqtisadi və sosial layihələrə xərclənir. Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq”.
banner

Oxşar Xəbərlər