• şənbə, 20 Aprel, 02:49
  • Baku Bakı 15°C

Prezident məmurlara xəbərdarlıq edib

12.07.17 15:47 1526
Prezident məmurlara xəbərdarlıq edib
Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunub.

APA-nın xəbərinə görə, Azərbaycan prezidentiİlham Əliyevxalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb.

Dövlət başçısı bu məsələdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

Eyni zamanda, Azərbaycan prezidentiİlham ƏliyevHacı Cavad məscidinin inşasının sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
banner

Oxşar Xəbərlər