AZE | RUS | ENG |


Prezident “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Prezident “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlamaq, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə "İşsizlikdən sığorta haqqında” qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan prezidentinə məlumat verməlidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002