• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb

19.02.20 12:36 1072
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən start verdiyi yeni islahatlar bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb. Ölkə rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək, vətəndaş məmnunluğunu artırmaqdır. Öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlətimizin başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edəcək, ölkənin davamlı inkişafına zəmin yaradacaqdır.
AZƏRTACxəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, sistemli, hər hansı gərginlik yaratmadan aparılan islahatlara inanan vətəndaşlar baş verən hadisələrə, cəmiyyətdə formalaşan yeni çağırışlara münasibət bildirir, zamanın tələbinə uyğun olaraq idarəetmə strukturlarından olan gözləntilərinin daha çevik həll edilməsini arzulayır, bir sözlə, Prezident Administrasiyasına göndərdikləri müraciətlər vasitəsilə baş verən bütün proseslərdə iştirak edirlər.
banner

Oxşar Xəbərlər