• cümə, 29 Mart, 18:01
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri başlayıb

02.10.17 11:56 1783
Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri başlayıb
Azərbaycan prezidentiİlham ƏliyevŞamaxı rayonuna səfərə gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezidentİlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. H. Əliyevin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
banner

Oxşar Xəbərlər