“Prezident İlham Əliyevi dünya ictimaiyyəti uzun illər minnətdarlıqla xatırlayacaq”
Tamam Cəfərova: "Azərbaycan beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli
töhfə verir"
"Dünya
dövlətlərinin pandemiya ilə bağlı daha çox, lokal xarakterli mübarizə apardığı
bir dövrdə, Prezident İlham Əliyevin problemin qlobal müstəvidə həll
olunmasının təşəbbüskarı kimi çıxış etməsi və bu təşəbbüslərə müsbət
reaksiyalar, dövlət başçımızin dünya çapındakı rolunun və dünyadakı liderlik
nüfuzunun bariz göstəricisidir”
Bunu,Milli Məclisin deputatı Tamam Cəfərova 130-a qədər BMT-yə üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının
sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi
sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsini "Kaspi” qəzetinə şərh
edərkən bildirib.
O,
Qoşulmama Hərəkatının üzv ölkələrin sayına görə, dünyada BMT-dən sonra ikinci
böyük siyasi təşkilat olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu təşkilatın sədri
olaraq, Prezident İlham Əliyevin BMT Baş
Assambleyasının xüsusi sessiyanın
keçirilməsi təklifinə qısa müddət ərzində 130 ölkənin dəstək verməsi, Azərbaycana
və onun Prezidentinə olan etimadın, hörmətin təzahürüdür. Deputatın fikrincə, o
dövlətlər yaxşı bilir ki, Azərbaycan
Prezidentinin təklifi pandemiya ilə mübarizəni, beynəlxalq ictimaiyyəti
səfərbər etmək baxımından daha mütəşəkkil və daha effektli bir müstəviyə gətirəcək:
"Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans
Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə
mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
BMT Nizamnaməsinə əsasən, BMT Baş
Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə
toplanır və zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar
keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv
ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən
çağırılmalıdır. 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş
Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilmişdir. Azərbaycan
Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri
arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri
olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş
Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə
xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət
ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının "Prosedur
Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət
edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət
bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi
təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan
Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər
ölkə təşəbbüsə dəstək verib. Qoşulmama Hərəkatının sədri statusunda Prezident
İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün
BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq
ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük
etimadın və hörmətin növbəti göstəricisidir”.
Millət
vəkili qeyd edib ki, Ermənistan öz mahiyyətinə uyğun olaraq, bu təklifə qarşı
çıxan yeganə ölkə kimi, beynəlxalq müstəvidə
özünü növbəti dəfə gülünc vəziyyətdə qoyub: "Əslində, Ermənistanın bu addımı
gözlənilən idi. Çünki 30 ilə yaxındır ki, bu ölkə Azərbaycanın beynəlxalq müstəvisdə
atdığı addımları, gördüyü işləri, verdiyi təklifləri qaralamaqla məşquldur. Bu
üzdən, ermənilərin bu addımı o qədər də təəccüb doğurmadı. Ancaq söhbət insan
taleyindən, ümumbəşəri təhlükədən gedirsə, bu cür cılız yanaşma adamda ikrah
hissi yaradır. Paşinyan vətəndaşına verdiyi "dəyər”i bir neçə gün əvvəl də ölkəsinin
yüksək tribunasından elan etmişdi. O, pandemiyanın hansı istiqamət götürməsindən
aslı olmayaraq, iqtisadi problemlərdən yaxa qurtarmaq üçün, iş yerlərinin tam
olaraq açılacağını elan etdi. Və bununla da, insan faktorunun ondan ötəri
axırıncı dərəcəli olduğunu ortaya qoydu”.
Millət
vəkili əmindir ki, BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi,
virusla mübarizədə beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına,
koordinasiyalı addımlara stimul verəcək: "Vəziyyətin gedişi göstərir ki,
COVİD-19”-la mübarizədə səfərbərlik qaçılmazdır. Bunu, sərhədlərini bağlamaqla
kifayətlənən, yalnız öz ölkəsini qorumağa çalışan və dünyanın güc mərkəzi hesab
olunan ölkələr belə, düşünmək məcburiyyətində qaldılar. Və əminəm ki, bu təşəbbüsün
müəllifi olan Cənab İlham Əliyevi dünya ictimaiyyəti uzun illər minnətdarlıqla
xatırlayacaq. Bildiyimiz kimi, BMT-nin Baş katibi Antonio Quterreş və Avropa
İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef
Borel, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və
bir çox dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri pandemiyaya qarşı aparılan qlobal mübarizəyə
göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham
Əliyevə təşəkkürlərini bildiriblər”.
Alpər
TURAN