• cümə, 29 Mart, 04:40
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

20.10.20 15:26 808
Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
APA-nın məlumatına görə, dövlətimizin başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:
Füzuli rayonu:Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.
Cəbrayıl rayonu:Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.
Xocavənd rayonu:Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu:Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
banner

Oxşar Xəbərlər