• cümə, 19 Aprel, 19:25
  • Baku Bakı 24°C

Prezident İlham Əliyev Özbəkistan baş nazirinin müavinini qəbul edib

17.11.17 11:05 1768
Prezident İlham Əliyev Özbəkistan baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevÖzbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

APA-nın məlumatına görə, A. Sultanov bildirib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və İlham Əliyevin xalqın böyük oğlu olduğunu deyir.

O qeyd edib ki, Özbəkistan prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. O bildirib ki, Özbəkistan prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işlər aparılır. Bu yaxınlarda istifadəyə verilənBakı-Tbilisi-Qarsdəmir yolu barədə danışan A. Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Prezidentİlham Əliyevxoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezidentİlham Əliyevsiyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.
banner

Oxşar Xəbərlər