• cümə axşamı, 28 mart, 23:15
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib

13.05.13 10:08 1617
Prezident İlham Əliyev Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular.
Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılmışdır. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır.
Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər.
banner

Oxşar Xəbərlər