Prezident İlham Əliyev və Mehriban Əliyeva Vaqifin büstünün qoyulacağı ərazidə olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin büstünün qoyulacağı ərazidə olublar.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bildirib ki, Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq: "Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik”.