AZE | RUS | ENG |


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar - Fotolar
Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcəklər

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən ilk oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə qalib gələn Niderland millisi finala vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycan yığma komandası Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcək. Üçüncü yer uğrunda görüş oktyabrın 1-də keçiriləcək.











Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001