• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

23.02.17 11:10 610
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevTürkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

APA-nın məlumatına görə, Berat Albayrak Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə Prezidentİlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb.

Dövlət başçısı səmimi təbrikə və salama görə minnətdarlığını bildirib, onun da salamının Türkiyə Prezidentinə və xanımına çatdırılmasını xahiş edib.

Prezidentİlham ƏliyevTürkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyədə keçiriləcək ümumxalq səsverməsinə toxunan prezidentİlham Əliyevreferendumun yüksək səviyyədə təşkil olunacağına, Türkiyə xalqının iradəsinin əksini tapacağına və qardaş ölkənin həyatında bundan sonra yeni, daha sabit dövrün başlanacağına əminliyini bildirib. Dövlət başçısıTANAPlayihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.

Söhbət zamanı dünyada və Avropada baş verən siyasi, iqtisadi böhran fonunda Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.
banner

Oxşar Xəbərlər