• cümə, 29 Mart, 01:08
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Sumqayıtda boruyayma zavodunun açılışında iştirak edib - Fotolar

15.12.17 14:45 2767
Prezident İlham Əliyev Sumqayıtda boruyayma zavodunun açılışında iştirak edib - Fotolar
Azərbaycan prezidentiİlham Əliyev"Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
APA-nın məlumatına görə, "Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Dövlət başçısı zavodu işə salıb.
Məlumat verilib ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır.
Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixrac ediləcək.






banner

Oxşar Xəbərlər