• cümə axşamı, 18 aprel, 16:24
  • Baku Bakı 22°C

Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib

08.12.17 10:55 2473
Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevSudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib.

Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini prezidentİlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidentiİlham Əliyevsəfirlə söhbət edib. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezidentİlham Əliyevqeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədənBMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.

Səfir Abbas Mustafa Əhməd Abdallay isə qeyd edib ki, Sudan prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaq: "Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir”.

Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Prezidentİlham ƏliyevSudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.
banner

Oxşar Xəbərlər