• cümə, 19 Aprel, 01:57
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib

16.10.17 22:49 2912
Prezident İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib
Prezidentİlham ƏliyevQırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Jeenbekov,
Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
banner

Oxşar Xəbərlər