• cümə axşamı, 28 mart, 17:46
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

26.02.17 21:15 691
Prezident İlham Əliyev “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb
Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Dohada "Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə "Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. "Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
banner

Oxşar Xəbərlər