• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev Pirallahının mərkəzində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub

21.07.17 13:00 1780
Prezident İlham Əliyev Pirallahının mərkəzində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub
Azərbaycan prezidentiİlham ƏliyevPirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub.
APA-nın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezidentİlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti,Heydər Əliyev Mərkəzivə Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir.
banner

Oxşar Xəbərlər