• şənbə, 20 Aprel, 16:35
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”

12.01.17 10:15 1167
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
"Biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün çalışırıq. Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham ƏliyevNaxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək: "Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.
banner

Oxşar Xəbərlər