• şənbə, 20 Aprel, 17:21
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb

18.02.17 16:55 1175
Prezident İlham Əliyev Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyevfevralın 18-də Münhendə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə prezidentİlham ƏliyevAntonio QuterreşiBMT-nin baş katibi seçilməsi münasibətilə bir daha təbrik edbi. Dövlətbaşçısı onunla Bakıda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Baş katib BMT-nin qaçqınlar üzrə ali komissarı kimi Azərbaycana səfərlərindən, prezident İlham Əliyevlə görüşlərindən məmnunluqla bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektviləri ilə maraqlanıb. Prezidentİlham Əliyevbu məsələ ilə bağlıBMT-nin baş katibinə məlumat verib. Dövlətbaşçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu deyib.

Prezidentİlham Əliyevötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu bildirib. Dövlətimizin başçısı fevralın 20-də keçiriləcək və qondarma "Dağlıq Qarabağ respublikası”nın "konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini deyib. Bildirib ki, bu, bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

Antonio Quterreş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlətbaşçısı bildirib ki,Dağlıq Qarabağətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezidentİlham ƏliyevBMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb.
banner

Oxşar Xəbərlər