AZE | RUS | ENG |


Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakının Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində yenidən qurulan "Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib. AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev yenidən qurulan "Statistika” dairəsində də görülən işlərlə tanış olub.
 
Dövlət başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
 
Qeyd edək ki, "Sovetski”də yenidənqurma və genişləndirmə işləri aparılarkən "Statistika” dairəsinin yaxınlığında yerləşən parkda Mikayıl Müşfiqin büstü sökülərək götürülüb. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.
 
Bundan sonra aparılan araşdırma zamanı məlum olub ki, "Statistika” dairəsində aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı "Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb. Bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb. Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
 
Nəticədə Mikayıl Müşfiqin büstü bərpa olunaraq yerinə qoyulub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000