Prezident İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarının bir qrupunu qəbul edib.