• cümə, 29 Mart, 18:24
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Maroş Şevçoviçlə görüşüb

23.02.17 12:49 778
Prezident İlham Əliyev Maroş Şevçoviçlə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevAvropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentiMaroş Şevçoviçilə görüşüb.

APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycan prezidentiİlham Əliyevilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan iləAvropa Komissiyasıarasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olunub.
banner

Oxşar Xəbərlər