AZE | RUS | ENG |


Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərini təbrik edib

Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir: "Zati-aliləri, Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".
 
Azərbaycan Prezidenti Tacikistan Prezidenti Emoməli Rəhmona da təbrik məktubu göndərib:
 
"Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Azərbaycan-Tacikistan dostluğu zəngin ənənələrə malikdir. İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007