• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

Prezident İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib

16.06.17 12:50 1158
Prezident İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevKolumbiya xarici işlər naziri xanım Mariya Anxela Olqini qəbul edib.

APA-nın məlumatına görə, xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycanda artıq Kolumbiya səfirliyinin açıldığını və burada Sakit Okean Alyansına daxil olan ölkələrdən Peru və Meksika ilə birlikdə fəaliyyət göstərdiklərini məmnunluqla qeyd edib.

Azərbaycanın böyük imkanlara malik ölkə olduğunu deyən Mariya Anxela Olqin əməkdaşlığımızın genişləndirilməsi üçün birgə işləməyə hazır olduqlarını bildirib. Qonaq Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğulayıb. Ölkəsində gedən proseslər barədə dövlət başçısına məlumat verən Mariya Anxela Olqin Kolumbiyada uzun müddətdir davam edən münaqişə nəticəsində sülh sazişinin əldə edilməsindən sonra quruculuq işlərinə başlanıldığını, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirildiyini qeyd edib.

Prezidentİlham ƏliyevAzərbaycanda da regionların və kənd təsərrüfatının inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb, bu istiqamətdə aparılan islahatlardan danışıb.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb, hər iki ölkənin bu əlaqələrin genişləndirilməsinə maraq göstərdiyi qeyd edilib.
banner

Oxşar Xəbərlər