Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı VI Felipeyə
başsağlığı verib.
Başsağlığında deyilir: "Ölkənizdə törədilmiş dəhşətli terror
aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi
sarsıtdı.
Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz
dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün
təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və
xəsarət alanların tezliklə sağalmasını arzulayıram".