• şənbə, 27 Aprel, 06:46
  • Baku Bakı 12°C

Prezident İlham Əliyev İraq baş nazirinə başsağlığı məktubu göndərib

13.11.17 13:56 1083
Prezident İlham Əliyev İraq baş nazirinə başsağlığı məktubu göndərib
Prezidentİlham Əliyevİraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab baş nazir!
Ölkənizdə baş vermiş güclüzəlzələnəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütünİraqxalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, dünən axşam İran-İraqsərhədində baş verənzəlzələnəticəsində İranda 328 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. İraqda isə 8 nəfər ölüb, 400-dən çox insan yaralanıb.
banner

Oxşar Xəbərlər