• cümə, 19 Aprel, 11:54
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik

25.10.20 10:13 372
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmayıb. Bu vaxtadək heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olub və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi.
AZƏRTACxəbər verir ki, Prezident İlham Əliyev bu barədə ABŞ-ın "Fox News” telekanalına müsahibəsində bildirib.
Ermənistanın eyni hərəkəti iyul ayında da etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik”.

banner

Oxşar Xəbərlər