• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

17.06.17 15:45 1275
Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib
Prezidentİlham ƏliyevAlmaniya Federativ Respublikasının Federal Kansleri, xanımAngela Merkelə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli xanım Federal Kansler!
Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
H. Kol dünən 87 yaşında vəfat edib.
banner

Oxşar Xəbərlər