• cümə, 19 Aprel, 15:15
  • Baku Bakı 25°C

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

26.10.19 20:26 1504
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.Görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
banner

Oxşar Xəbərlər