• çərşənbə axşamı, 16 aprel, 18:33
  • Baku Bakı 18°C

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

21.12.20 13:28 351
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaşı oğlu Əhməd Ərdoğanın vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.
APAxəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"

banner

Oxşar Xəbərlər