AZE | RUS | ENG |


Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi təsdiqləyib
"Dövlət qulluğu haqqında” qanununa dəyişiklik təsdiqlənib.
"Report"un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.
 
Bu qanun Azərbaycanda dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
 
Qanuna əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.
 
Dəyişikliklə "İnzibati və yardımçı vəzifələrin təsnifatı"ın 11.1.8.2 bəndinə "müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri" də edilib.
 
İndiyədək isə bu bəndə "müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri" daxil idi.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002