• cümə, 19 Aprel, 10:41
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev dövlət proqramları ilə bağlı Fərman imzalayıb

06.03.21 13:39 693
Prezident İlham Əliyev dövlət proqramları ilə bağlı Fərman imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
APA-nın məlumatına görə, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə qərara alıram:
1. "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.
banner

Oxşar Xəbərlər