• şənbə, 20 Aprel, 01:22
  • Baku Bakı 15°C

Prezident İlham Əliyev Donald Trampa məktub göndərib

06.11.17 19:31 657
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib
Azərbaycan prezidentiİlham ƏliyevAmerika Birləşmiş Ştatlarının prezidentiDonald Trampa başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
banner

Oxşar Xəbərlər