• cümə axşamı, 25 aprel, 03:20
  • Baku Bakı 19°C

Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"

15.12.17 11:35 931
Prezident: "Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır"
Azərbaycan prezidenti Gənc Alimlərin Birinci Qurultayının iştirakçılarını təbrik edib.
APA-nın məlumatına görə, təbrik məktubunuPrezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevoxuyub.
Dövlət başçısının təbrikində bildirilir ki, dinamik yüksəliş xalqımızın elmi potensialının nəticəsidir: "Milli ənənələrimizə sadiq gənc alimlərimizin yetişməsi önəmlidir. Gənclərimizin elmə daha yaxından cəlb olunması istiqamətində mühüm addımlar atılır. Gənc alimlərimizin elmimizin dünya səviyyəsində tanınmasında layiqli təmsilçimiz olacaqlarına inanırıq. Onlar tükənməz enerji ilə çalışacaq. Əminəm ki, qurultayda elmimizin inkişafı ilə bağlı dolğun proqram qəbul olunacaq".
Qeyd edək ki, bu gün AMEA,Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan gənc alimlərinin I qurultayı keçirilir.
banner

Oxşar Xəbərlər