• çərşənbə axşamı, 23 aprel, 13:04
  • Baku Bakı 24°C

Prezident Gəncəyə 7 milyon manat ayırıb

13.11.17 18:27 683
Prezident Gəncəyə 7 milyon manat ayırıb
Azərbaycan prezidentiİlham ƏliyevGəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7 milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər