• cümə axşamı, 25 aprel, 13:43
  • Baku Bakı 23°C

Prezident Gəncədə ticarət kompleksinin açılışında iştirak edib

10.11.17 14:15 1157
Prezident Gəncədə ticarət kompleksinin açılışında iştirak edib
Azərbaycan prezidentiİlham ƏliyevGəncədə "Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezidentİlham Əliyevə "Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verib.
Bildirilib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik "modul” tipli beş "Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb.
Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.
Prezidentİlham Əliyevkompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.
banner

Oxşar Xəbərlər