• çərşənbə axşamı, 16 aprel, 11:12
  • Baku Bakı 14°C

Prezident Donald Tramp və Baş nazir Aleksis Tsipras Transadriatik boru kəmərinin Avropa üçün vacibliyini qeyd ediblər

19.10.17 17:30 3837
Prezident Donald Tramp və Baş nazir Aleksis Tsipras Transadriatik boru kəmərinin Avropa üçün vacibliyini qeyd ediblər
Yunanıstanın baş naziri Aleksis Tsipras bu həftə Vaşinqtonda rəsmi səfərdə olub. Birləşmiş Ştatların və Yunanıstanın liderləri ikitərəfli görüşün yekunlarına əsasən Ağ evdə birgə mətbuat konfransı keçiriblər.
AZƏRTACxəbər verir ki, mətbuat konfransında iki ölkə arasında, o cümlədən hərbi və iqtisadi sahədə əməkdaşlığın istiqamətləri qeyd edilib. Prezident Tramp enerji daşıyıcılarının Avropa üçün əhəmiyyətindən söhbət açaraq deyib ki, Birləşmiş Ştatlar "Transadriatik boru kəmərinin, "Yunanıstan-Bolaqrıstan interkonnektorunun” və maye təbii qaz komplekslərinin hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə Yunanıstanın töhfəsini yüksək qiymətləndirir. Bu yolla enerji daşıyıcılarının müxtəlif mənbələrdən, o cümlədən Birləşmiş Ştatlardan qəbul olunması və Avropaya nəqli təmin edilə bilər”.
Baş nazir Tsipras, öz növbəsində, Yunanıstanda gəmiçiliyin və turizm sənayesinin inkişaf etməsi hesabına ölkənin tranzit dövlət çevrilməsini qeyd edərək Transadriatik və EastMed boru kəmərlərinin tikintisini başa çatdırılması faktını vurğulayıb.
Transadriatik qaz kəməri Azərbaycanda başlayan, Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəmərindən və Transanadolu qaz kəmərindən ibarət olan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.
banner

Oxşar Xəbərlər