• çərşənbə axşamı, 19 mart, 11:11
  • Baku Bakı 8°C

Prezident “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

22.06.17 15:50 1348
Prezident “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Azərbaycan prezidentiİlham Əliyev"Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
APA-nın məlumatına görə, qanuna aşağıdakı dəyişikliklər edilib:
1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: "Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.
21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: "Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarıQafqaz Müsəlmanları İdarəsitərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”.
24-cü maddənin ikinci hissəsi isə aşağıdakı redaksiyada verilib: "Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”.
banner

Oxşar Xəbərlər