Prezident DİN zabitlərinə ali xüsusi rütbələr verib
Azərbaycan prezidenti İlham ƏliyevDaxili İşlər Nazirliyinin zabitlərinəali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, polis polkovniki Zaur Natiq oğlu Abdullayevə və polis polkovniki Elçin Hidayət oğlu Həsənova polis general-mayoru ali xüsusi rütbəsi verilib.