AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident: “Dağlıq Qarabağda normal həyat yoxdur”

Prezident: “Dağlıq Qarabağda normal həyat yoxdur”

Siyasət
18 İyun 2013, 10:29 1208
APA-nın məlumatına görə, bu fikirləri Ukraynada səfərdə olan Belarus prezidenti Alkesandr Lukaşenko “İzvestiyam v Ukraine” nəşrinə müsahibəsində deyib.

MDB-yə sədrlik edən ölkənin prezidenti kimi həlli uzadılmış münaqişələrin nizamlanmasına necə kömək etmək niyyətində olduğu barədə sualı cavablandıran Lukaşenko Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayıb: “Dağlıq Qarabağda normal həyat yoxdur. Anladım ki, bu problemi həll etmək lazımdır. Əvvəl bir prezidentlə, sonra isə digərini söhbət etdim. Onlara anlatmağa çalışdım ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Ermənilər mənimlə razılaşdılar, İlham Əliyevlə söhbətimdə isə o dedi ki, bunun əleyhinə deyil. Amma mən özümü vasitəçi rolunda görmürəm. Bu rolu Ukraynaya təklif etdim, lakin onlar istəmədilər. Münaqişəni həll etmək üçün bir yerdə əyləşmək və problemi nizamlamaq lazımdır. Bunun üçün isə hər iki prezidentin iradəsi tələb olunur”.